Polis tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş paytaxt sakini saxlanılıb. Bu haqda dekabrın 11-də DİN məlumat verib.
Axtarış aparılan zaman şəxsdən ümumilikdə 3 kiloqrama yaxın heroin, marixuana, metamfetamin və metadon həbləri aşkar edilərək götürülüb.