Xətai Rayonunda polis 4 mənzildən qızıl-zinət əşyaları və pul oğurlayan şəxsləri saxlayıb. Bu haqda dekabrın 16-da DİN məlumat verib.
Əməliyyat nəticəsində Göygöl rayon sakinləri olan 2 qardaş istintaqa təqdim ediliblər.
Onlar 10 min manata yaxın maddi ziyan vurublar. Hər iki şəxsin oğurluğa getməsi müşahidə kameralarında görüntülənib.
Həmçinin qardaşlardan birinin evində axtarış zamanı heroin aşkarlanıb.
Faktlarla bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
Analoji cinayətdən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Xətai Rayon Polis İdarəsinə, "102" Xidməti-Zəng Mərkəzinə və nazirliyin sosial şəbəkələrdəki rəsmi hesablarına məlumat verə bilərlər.