Paytaxtın Nəsimi rayonunda qanunsuz olaraq əldə etdiyi odlu silah-sursatı satmaq istəyən şəxs saxlanılıb. Bu barədə martın 11-də DİN məlumat yayıb.
Paytaxt sakini, əvvəllər məhkum edilmiş Aleksandr Qorbunov saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Beretta” markalı atəş üçün yararlı tapança, həmin silaha məxsus daraq və 4 ədəd patron aşkar edilərək götürülüb.
Aleksandr Qorbunov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.