Paytaxtın Yasamal rayonunda son 10 gündə 15 narkotacir saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) oktyabrın 25-də məlumat yayıb.
Keçirilən axtarışlar zamanı sözügedən şəxslərdən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilib. Onlar izahatlarında narkotiklərin dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.
Faktlarla bağlı araşdırmalara başlanılıb.
DİN-in hesabatına əsasən, bu ilin 9 ayı ərzində 2 ton 773 kiloqram narkotik və 230 kiloqram psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.