Sabunçuda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan iki nəfər saxlanılıb. Bu barədə dekabrın 3-də DİN məlumat verib.
Məhəmmədli qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Kamran Rüstəmov və tanışı Aygün Məmmədova saxlanılıblar. Nəticədə 1 kiloqram 205 qram olan marixuana, elektron tərəzi, narkotik vasitələri satmaq məqsədi ilə bükümlər formasına salan əşya, süngü və beşbarmaq bıçaqlar aşkar olunaraq götürülüb.
Kamran Rüstəmov ifadəsində narkotik vasitələri istifadə etməklə yanaşı qanunsuz dövriyyəsi ilə məşğul olduğunu da bildirib.
2021-ci ilin 10 ayı ərzində 6 tona yaxın narkotik dövriyyədən çıxarılıb. Bu həcmdə olan narkotiklərin dəyəri 162 milyon AZN (95 milyon ABŞ dolları) kimi qiymətləndirilir.
Video: YouTube Baş Narkotiklərlə Mübarizə İdarəsi