İyulun 26-da saat 12 radələrində Səbail rayonunun Bibiheybət qəsəbəsində restoranların birində işləyən 2002-ci il təvəllüdlü Ömərov Azər Aslan oğlunun aldığı xəsarətdən ölməsi barədə polisə məlumat daxil olub. Bu barədə 26 iyul tarixində Report məlumat verib.
İlkin məlumata görə, cinayət hadisəsi onun 2002-ci il təvəllüdlü iş yoldaşı Əkbərli Rüfət Əsgər oğlu ilə şəxsi münasibətləri zəminində baş verib.
R.Əkbərli polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.