Paytaxtın Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası olub. Bu barədə Report 23 avqust tarixində xəbər verib.
Avtomobil yolu keçən 73 yaşlı Vəhbi Məmmədovu vurub. Xəstəxanaya çatdırılan yaralıya müştərək travma diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.