Paytaxtın Xətai rayonunun Aşıq Qurban küçəsi yaxınlığında açıq ərazi yanır. Bu barədə Report 4 avqust tarixində xəbər verib.
Yanğın zamanı ərazidə park edilmiş yanacaqdaşıyan avtomobil partlayıb. Yük avtomobili yanğın zamanı yararsız vəziyyətə düşüb.
Ərazidə yanğınsöndürmə işləri davam edir. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Hikmət Abbasov da gəlib.
Əlavə məlumat veriləcək.