Paytaxtın Qaradağ rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Report 16 sentyabr tarixində xəbər verib.
Lökbatan qəsəbəsində avtomobil yolu keçən 12 yaşlı Zəhra Cabbarovanı vurub.
Xəstəxanaya çatdırılan yaralıya qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.