Xəzərdə bir nəfər batıb. Bu barədə İnsanoid FHN-ə istinadən bu gün, 11 iyul tarixində xəbər verir.
Paytaxtın Sabunçu rayonunun Bilgəh qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 3 km aralı, nəzarətsiz ərazi) 1 nəfər batıb.
Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.