Paytaxtın Yasamal rayonunda dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinə istinadən bu gün, 16 avqust tarixində xəbər verir.
Rayon ərazisində naməlum şəxsin bir qadını aldadaraq hesabına 225 manat ödətdirməsi barədə polisə məlumat daxil olub.
Yasamal polisi dələduzluq əməlini törətməkdə şübhəli bilinən O.Səlimzadə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.