Bu günədək Balakən rayonunda 1 762 hektar ərazidə yazlıq bitkilər əkilib. Bu barədə 6 aprel tarixində Rayon Statistika İdarəsinə istinadən Azərtac məlumat verib.
Məlumata əsasən, 841 hektarda tərəvəz, 526 hektarda kartof, 8 hektarda paxlalılar, 346 hektarda yonca, 41 hektarda isə qarğıdalı əkilib.
Qeyd edək ki, rayonda yazlıq bitkilərin əkini davam edir.