Balakəndə 630 hektar sahədə yazlıq əkin aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19 hektar çoxdur. Bu barədə martın 9-da Azərtac xəbər verib.
Rayon fermerləri, əsasən, kartof və tərəvəz bitkiləri əkib, yonca səpiblər.
Hazırda tütün əkini üçün şitillərin yetişdirilməsi və taxıl əkinlərinə aqrotexniki xidmət işləri davam etdirilir.
2021-ci ildə Balakən rayonunda 12 min hektar sahədə yazlıq bitkilər əkilmişdir.