Balakəndə Meşəşambul kənd sakini narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə saxlanılıb. Bu barədə dekabrın 16-da DİN məlumat verib.
Məlumata əsasən, əvvəllər də məhkum olunmuş şəxsin üzərindən marixuana aşkarlanıb. Həmçinin onun evinin həyətindəki it damında 7 ədəd şüşə qablarına yığılmış marixuana tapılıb.
Saxlanılan şəxs ifadəsində narkotiki orada gizlətdiyini və hərdən istifadə etdiyini etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb.