2021-ci il ərzində Balakən rayonunda 15 680 ton xurma istehsal edilib. Bu da 2020-ci illə müqayisədə 460 ton çoxdur. Bu barədə Balakən Rayon Statistika İdarəsinə istinadən Azərtac məlumat verib.
Qeyd olunub ki, 764,5 hektar bağ sahələrindən 723,1 hektarı barverəndir. 2021-ci ildə xurma bağlarının sahəsi 2 hektar artıb.