Balakəndə 10 yaşlı uşağı maşın vurub. Bu barədə 12 sentyabr tarixində APA məlumat verib.
Şəhərin Rafiq Səmədov küçəsində rayon sakini Nurullah Dibirov idarə etdiyi “QAZ-31” markalı minik avtomobili ilə 10 yaşlı piyada Rail Nağıyevi vurub.
Nəticədə R. Nağıyev müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. O, Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.