Balakəndə 27 yaşlı qadın itkin düşüb. Bu barədə 13 iyul tarixində APA məlumat verib.
Belə ki, 1996-cı il təvəllüdlü Balakən şəhər sakini Leyla Kamaldin qızı İsayeva iyulun 8-i yaşadığı evdən nəməlum istiqamətdə çıxaraq, bir daha geri qayıtmayıb.
Qadının artıq bir neçə gündür ki, itkin düşməsi barədə rayon polis şöbəsinə məlumat verilib.
L. İsayevanın tapılaraq ailəsinə təhvil verilməsi istiqamətində tədbirlər aparılır.
Qadının psixoloji problemlərinin olduğu bildirilir.