Balakəndə 29 yaşlı kişi sirkə turşusundan zəhərlənib. Bu barədə İnsanoid 23 sentyabr tarixində APA-ya istinadən xəbər verir.
Balakən şəhər sakini, 29 yaşlı Samir Samirli zəhərlənmə əlamətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Müayinə zamanı S.Samirlinin sirkə turşusundan zəhərləndiyi məlum olub. Hazırda onun müalicəsi xəstəxanada davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.