Balakəndə bıçaqlanma hadisəsi baş verib. Bu barədə 26 iyul tarixində APA Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən məlumat verib.
Hadisə gecə saatlarında rayonun Puştətala kəndində qeydə alınıb. Qullar kənd sakini, 37 yaşlı Ramil Şabanov çoxsaylı kəsilmiş və sıyrılmış xəsarətlərlə xəstəxanaya gətirilib.
Cinayəti törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.