Balakəndə yaşayış evində yanğın baş verib. Bu barədə 31 iyul tarixində APA xəbər verib.
Hadisə rayonun Püştətala kəndində, kənd sakini Həybullah Qarakişiyevə məxsus ümumi sahəsi 170 kv/m olan kürsülü birmərtəbəli 5 otaqdan ibarət fərdi yaşayış evində qeydə alınıb.
Yanğın nəticəsində evin 20 kv/m-lik mətbəxinin yanar konstruksiyaları içərisində olan ev əşyaları ilə birlikdə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.