top
“Bəniz 1 milyona yaxın pulumu ələ keçirib” - Hüquq-mühafizə orqanlarına müraciət
20 dekabr 2024, 07:25
- ↺ +

“Bəniz 1 milyona yaxın pulumu ələ keçirib” - Hüquq-mühafizə orqanlarına müraciət

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Bəniz” kimi tanınan tiktoker Aybəniz Xəlilova şantaja görə cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində əvvəl həbs, bir neçə gün sonra isə ev dustaqlığı qətimkan tədbiri seçilib.

“Qafqazinfo” xəbər verir ki, təqsirləndirilən tiktokerin əməlindən əziyyət çəkən şəxs işin istintaqından narazıdır.

Zərərçəkmiş Xalid Kərimov hüquq-mühafizə orqanlarına müraciət edərək işin nəzarətə götürülməsini xahiş edir: “Xəlilova Aybəniz Səyyaf qızı məni rüsvay edəcəyi, şəxsi sirr təşkil edən məlumatları, gizli çəkdiyi foto və videoları internet resurslarında paylaşacağı ilə təhdid edərək bir ildən artıq müddət ərzində 836 min manatdan çox - 1 milyona yaxın pulumu hissə-hissə ələ keçirib.

Bununla da kifayətlənməyərək ailəmi təhdid etməyə başlayıb, azyaşlı uşaqlarımı güdüb üstlərinə maşın sürüb, bu kimi hərəkətləri ilə ailəmizə zülm yaşadıb. Mən Aybəniz Xəlilovanın bu qanunsuz hərəkətləri barədə 14.11.2024-cü il tarixdə Suraxanı Rayon Prokurorluğuna şikayət edəndən sonra Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələri ilə cinayət işi başlanıb.

Noyabrın 21-də Xəlilova Aybəniz Səyyaf qızı şübhəli şəxs qismində tutulub, 23-ü tarixində isə Cinayət Məcəlləsinin həmin maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, həmin tarixdə onun barəsində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib”.

Zərərçəkən iddia edir ki, Aybəniz görüşlərdə dəfələrlə vəzifəli şəxslərlə münasibətinin olduğunu deyib, ona heç kəsin, heç nə edə bilməyəcəyini bildirərək təsir edib: “Mən indi başa düşürəm ki, onun sözlərində həqiqət var, bu yollarla Aybəniz Xəlilova Apellyasiya Məhkəməsinə də təsir edərək azadlığa çıxıb”.

X.Kərimov məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edib: “Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və Baş prokuror Kamran Əliyevə müraciət edirəm. Mənə kömək etməyinizi və həmin cinayət işini nəzarətə götürməyinizi xahiş edirəm. Hesab edirəm ki, əks halda tiktok və digər sosial şəbəkələrdə Aybəniz kimi şəxslərin cəzasız qaldığını görüb başqaları da onun kimi qanunsuz əməllərə yol verəcəklər”.

Son xəbərlər

Xarici xəbərlər
Bu gün, 17:51

Xəstəxanada sirli hadisə: Mühafizəçi dünyasını dəyişmiş qadını müşayiət etdi

Yerli xəbərlər
Bu gün, 16:31

Səudiyyə Ərəbistanının Kralı və Baş naziri Azərbaycan Prezidentini Zəfər Günü münasibətilə təbrik ediblər

Yerli xəbərlər
Bu gün, 16:25

Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Yerli xəbərlər
Bu gün, 16:05

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar - YENİLƏNİB

Yerli xəbərlər
Bu gün, 16:03

Prezident borc tələbinin qiymətli kağızlara yönəldilməsini təsdiqləyib

Yerli xəbərlər
Bu gün, 15:56

Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib

Yerli xəbərlər
Bu gün, 15:38

Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq

Yerli xəbərlər
Bu gün, 14:40

Cəlilabadda 6 kəndin işığı kəsilib

Xarici xəbərlər
Bu gün, 13:36

Serbiyanın keçmiş Prezidenti Aleksandar Vuçiçin tərəfdarlarının Moskvaya uçan təyyarəsi Litva üzərində geri döndərilərək Belqrada qaytarılıb

Xarici xəbərlər
Bu gün, 13:26

Insanoid.com təhlil edir: ABŞ seçkilərində Demokratların qələbəsi Tramp üçün nə deməkdir?

Yerli xəbərlər
Bu gün, 12:59

Sabah rayonlara dolu düşəcək, Bakıya intensiv yağış yağacaq

Yerli xəbərlər
Bu gün, 11:49

"Sükan arxasında dəfələrlə yatıb": Sürücünün məsuliyyətsizliyi faciəyə səbəb oldu

Yerli xəbərlər
Bu gün, 11:37

Boşanma mübahisəsindən istifadə edərək qadının mənzilini və avtomobilini ələ keçirdi – Ali Məhkəmədən qərar

Yerli xəbərlər
Bu gün, 11:36

Azad edilmiş ərazilərdə sağlamlıq turizmi ilə məşğul olan hotellər açılacaq

Yerli xəbərlər
Bu gün, 11:30

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

Yerli xəbərlər
Bu gün, 11:17

İpoteka və Kredit Zəmanət Fondu gələn il büdcədən 89 milyon manat alacaq

Yerli xəbərlər
Bu gün, 11:14

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat olacaq

Yerli xəbərlər
Bu gün, 10:25

Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi

Yerli xəbərlər
Bu gün, 09:57

Skuter və velosiped sürənlərə çağırış: Piyada zolağından yeriyərək keçin! - Video

Yerli xəbərlər
Bu gün, 09:47

Qırğızıstanda 21 min dollarlıq dələduzluğa görə prokurorluğun xanım "polkovnik"i saxlanılıb

Yerli xəbərlər
Bu gün, 09:21

DYP dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Yerli xəbərlər
Dünən, 17:40

Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

Cəmiyyət
Dünən, 16:31

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Siyasət
Dünən, 16:22

Azərbaycan və Şri-Lanka dövlət xidmətləri sahəsində memorandum imzalamağı planlaşdırır

Cəmiyyət
Dünən, 16:19

Dövlət Ehtiyatları Agentliyinin Əsasnaməsi və strukturu təsdiq edilib

Cəmiyyət
Dünən, 16:12

Azərbaycan aeroportlarında VİP salondan istifadə hüququ olan vəzifəli şəxslərin siyahısı dəyişib

Cəmiyyət
Dünən, 15:09

Londondan qalxan təyyarə partlayış təhlükəsinə görə Polşada təcili eniş edib

Cəmiyyət
Dünən, 14:24

"WhatsApp"da saxta kampaniyalar barədə məlumat yayılır

Oxşar xəbərlər