Martın 19-da İsmayıllı rayonunun Basqal qəsəbəsində fərdi yaşayış evinin qarşısındakı talvar çöküb. Nəticədə ev sakinləri içəridə köməksiz vəziyyətdə qalıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat paylaşıb.
Talvarın çökməsinə səbəb güclü qarın yağması olub.
Evdə qalan iki nəfər FHN tərəfindən xilas edilib.