ABŞ Prezidenti Co Baydeni ölümlə hədələyən şəxsi MKİ zərərsizləşdirib. Bu barədə 10 avqust tarixində APA xairici KİV-yə istinadən məlumat verib.
Hadisə Prezidentin Yuta ştatına səfərindən bir neçə saat əvvəl baş verib.
Sabiq prezident Donald Trampın tərəfdarı kimi tanınan şəxs aylardır Baydeni sosial şəbəkədə təhdid edirdi. Sonuncu paylaşımında isə o, “Prezidenti öldürmək vaxtı gəlib. Əvvəl Co, sonra Kamala” yazıb.
Hadisənin təfərrüatı açıqlanmır.