Bayram günləri ərzində ümumilikdə 176 yanğına çıxış, 15 köməksiz vəziyyətdə qalma, 1 nəqliyyat qəzası və 1 intihara cəhd faktı üzrə xilasetmə əməliyyatları həyata keçirilib. Bu barədə yanvarın 5-də Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
FHN-in qüvvələri tərəfindən 2-si azyaşlı olmaqla 27 nəfər, o cümlədən intihara cəhd edən 1 nəfər xilas edilib. 3 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.
Yanğınlar zamanı 15 nəfər təxliyə olunub, 3 nəfər tüstüdən zəhərlənib.