Bayram günlərində zəhərlənmə şübhəsi ilə 224 nəfər Kliniki Tibbi Mərkəzə müraciət edib. Bu barədə martın 28-də mərkəzdən məlumat verilib.
Onlardan 28-i vəziyyəti ağır olduğu üçün Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. 196 nəfərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
Xəstəxanaya yerləşdirilən 28 nəfərdən 9-u dəm qazından, 10-u dərmandan, 4-ü sirkə turşusundan, 1-i allergiya səbəbindən, 4-ü qidadan zəhərlənib. Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən birinin (dəm qazından zəhərlənmə) həyatını xilas etmək mümkün olmayıb.