31 dekabr - 5 yanvar tarixlərində 669 toy şənliyində monitorinq həyata keçirib. Bu haqda Report Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verib.
Belə ki, monitorinq 676 şadlıq sarayında və 19 şəxsi həyətyanı sahədə keçirilən şənliklərdə aparılıb.
Nəticədə 14 nəfər İnzibati Xətalar Məcəlləsinin “Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması” maddəsi ilə cərimə olunub. 139 nəfər isə COVID-19 pasportu olmadığı üçün şənliyə buraxılmayıb.