top
Bayram günlərində necə qidalanmalıyıq? – MÜTƏXƏSSİSLƏRDƏN AÇIQLAMA
01 yanvar 2025, 10:00
- ↺ +

Bayram günlərində necə qidalanmalıyıq? – MÜTƏXƏSSİSLƏRDƏN AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bayram süfrələrini plovsuz və şirniyyatsız təsəvvür etmək mümkün deyil. Hələ bu sıraya ikinci köməkçi yeməkləri və salatları da əlavə etmək lazımdır. Təntənəli yemək mərasimindən sonra isə süfrəyə cürbəcür dadlı şirniyyatlarla çay, çərəzlər, meyvələr gəlir. Beləcə, çox zaman yeməyə nəzarəti itiririk və yığdığımız kaloriləri nəzərə almırıq. Bayramdan sonra isə yığdığımız artıq çəkilərlə mübarizə, pəhriz, arıqlamaq qayğıları başlayır.

Bəs görəsən, bayram günlərində necə qidalanaq?

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovanın sözlərinə görə, nəzərə almaq lazımdır ki, insan orqanizmi standart çalışma mexanizminə malikdir:

“Buna görə də bayram günlərində və ya hər hansı bir məclisdə artıq qida qəbulunu mədə normal həzm edə bilmir. Bu isə sağlamlıq problemləri ilə üzləşməyə səbəb olur. Xüsusi ilə də azyaşlılar, immun sistemi və xroniki xəstəliyi olan, yaşlı, allergik xəstəliyə meylli və həzm problemi yaşayan insanlar bayram günlərində qidalanmaya xüsusi diqqət yetirməlidirlər ki, hər hansı bir xoşagəlməz hal ilə üzləşməsinlər.

Mütləq şəkildə diqqət etməli əsas məqamlardan biri sağlamlığı qorumaq üçün adi günlərdə qəbul edilən qədər qida qəbul etməkdir. Miqdarı keçməməlidirlər. Qida çeşidliliyini həddindən artıq çox qarışdırmamalıdırlar. Bəzən çox çeşidli qidalar hazırladıqda onların saxlama şəraitinə də diqqət yetirilməlidir. Xüsusi ilə mayonezli salatlar, tərəvəzlər, ətdən hazırlanan salatlar var ki, bunlar hər zaman risk mənbəyi olduğu üçün yaxşı olar ki, istehlak olunacağı qədər hazırlansın. Hazırlandıqdan sonra ən gec 6 saat ərzində yeyilməlidir. Nəzərə alınmalıdır ki, bu növ təamlar hazırlandıqdan dərhal sonra soyuducuda saxlanılmalıdır. Bu qidanı soyuducuda saxlayarkən temperatur dəyişikliyinə məruz qalmamasına diqqət etmək lazımdır. Çünki bu, qidanın tərkibinin dəyişməsinə və keyfiyyətini itirməsinə səbəb ola bilər”.

Qida mütəxəssisi qeyd edib ki, isti yeməkləri hazırlayarkən bir növ və bir heyvan ətindən istifadə etmək lazımdır, bu da həzm problemləri yaşamamaq üçün ən önəmli məsələlərdən biridir:

“Çünki fərqli növ heyvan ətlərinin qəbulu  həzmi çətinləşdirmək ilə yanaşı narahatlığa, şişkinliyə səbəb olur ki, bu məqama da diqqət etmək lazımdır.

Bir neçə cür təam hazırlanır. Həmin qida məhsulları bir neçə gün qaldıqdan sonra tərkibini dəyişir, faydalılıq elmentləri azalır.

Qidaları gündəlik menyular şəklində yeni, təzə istehlak olunacaq qədər bişirib, qəbul etmək ən önəmli məsələlərdən biridir.

Adətən bayram süfrələrində çoxçeşidli qidalar ilə yanaşı həm də qazlı və rəngli şəkərli içkilər də həzm problemini çətinləşdirir, qidaların doğru şəkildə parçalanmasına mane olur. Ona görə də yaxşı olar ki, bu içkilərin içilməsinə yol verilməsin. Gün ərzində orqanizmin lazımi miqdarda su qəbulunu təmin etmək lazımdır. Bu da yeməkdən yarım saat öncə və ya yeməkdən 45-50 dəqiqə sonra olarsa, daha faydalı olar.

M.Hüseynova əlavə edib ki, yemək qəbulundan dərhal sonra çay və şirniyyat qəbul edilir. Bu da bəzən müəyyən yeməklər ilə reaksiyaya girərək ağır sağlamlıq probleminə gətirib çıxarır:

“Belə vəziyyət xroniki xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər. Hər zaman risk qrupunda olan qidalardan biri də evdə hazırlanmış, konservləşdirilmiş məhsullardır. Alarkən diqqət edəcəyimiz əsas məqam qapağının şiş və suyunun bulanıq olmamasıdır. Eyni zamanda bankanın dibində çöküntü varsa, bu da məhsulun tərkibini dəyişdiyini göstərir. Xoşagəlməz qoxu olur. Çox yumuşalmış meyvələr də əslində konservləşdirilmiş qidanın xarab olduğunu göstərir.

Hazırlanan bütün qidalarda sanitar-gigiyenik qaydalara riayət olunmalıdır. Eyni zamanda saxlanılarkən mal qonşuluğu prinsipi də pozulmamalıdır. Ən diqqət olunası məqamdır. Xüsusi ilə də çiy ətdən hazırlanan yeməklər doğranan sərt bıçaq təmiz yuyulmalıdır. Digər tərəvəzləri eyni bıçaqla doğramaq düzgün deyil. Çünki çiy ətdə insan orqanizminə keçə biləcək mikro orqanizmlər var ki, bunlar da müəyyən xəstəliklərə yoluxmağa səbəb ola bilər”.

Tanınmış həkim dietoloq, uzunömürlülük üzrə ekspert, pəhriz kitablarının müəllifi Leyla Zülfüqarlı qeyd edib ki, ruhsal toxluq ön planda olmalıdır:

“İllər ərzində bir şeyi dəyişməyə nail ola bilmişik. Artıq insanlar istirahətin, bayram əhval-ruhiyyəsinin məhz yemək keyifindən ibarət olmadığını anlayıblar. Ruhsal toxluğumuz ön planda olmalıdır. Ancaq 31 dekabr gecə saat 00:00-da hər şey yemək lazım deyil. Digər günlər də var. Vaxtı keçmiş qidanı yemək məcburiyyətində deyillər. Qidada olan inqridientlər tərkibini itirmiş olur. Bayramdan sonra hər zaman xəstəliklər artır. Qarışan inqridientlər problem yaradır.

Paytaxt salatının inqridientləri ayrıca bişirilə, şüşə qabda saxlanıla bilər. Ayrı-ayrı saxlayıb, süfrəyə verilən an qatmaq olar. Eyni anda həm salat, həm də isti yemək ilə içki içmək doğru deyil. Meyvə şirəsinə üstünlük verilməlidir.

Şirniyyat süfrəsi ilə yeni il süfrəsi eyni olmamalıdır. Bu ən ciddi səhvimizdir. Daha çox yeməkdən sonra şirniyyatın qəbul olunması birmənalı olaraq yağ toxumasının çoxalmasına, artıq çəkiyə gətirib çıxara bilər. Yeməyin üstündən dərhal çay içilməsi düzgün deyil. Birmənalı kökəlməmizə xidmət edir. Ət məhsulları çörək ilə yeyilməməlidir. Yeməkləri günlərə bölməliyik. Hərəsini bir gündə yemək olar”.

Nəzrin Vahid

Son xəbərlər

Cəmiyyət
Bu gün, 15:09

Londondan qalxan təyyarə partlayış təhlükəsinə görə Polşada təcili eniş edib

Cəmiyyət
Bu gün, 14:24

"WhatsApp"da saxta kampaniyalar barədə məlumat yayılır

Cəmiyyət
Bu gün, 14:03

Hərbi qulluqçuların məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir

Cəmiyyət
Bu gün, 13:26

Dövlət qulluğu imtahanlarının vaxtı və qaydaları açıqlanıb

Cəmiyyət
Bu gün, 13:07

Vaqif Mustafazadənin qızı Paris Operasından ekranlara - FOTO

Cəmiyyət
Bu gün, 12:56

Sabah Bakıda hava yağmursuz olacaq

Cəmiyyət
Bu gün, 12:45

Elmi dərəcəli hərbçilər üçün leytenant rütbəsində olma müddətinin azaldılması qəbul edilib

Cəmiyyət
Bu gün, 12:30

DİN KMBİ Ukrayna polisi ilə birgə genişmiqyaslı əməliyyat keçirib - VİDEO

Cəmiyyət
Bu gün, 12:24

Şəmkirdə 13 il əvvəl törədilmiş qətl hadisəsinin üstü açılıb

Cəmiyyət
Bu gün, 12:19

Kiyev yaxınlığında münaqişə: Petropavlovskaya Borşaqovkada nə baş verib?

Cəmiyyət
Bu gün, 12:17

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Cəmiyyət
Bu gün, 12:00

Özəl təyyarələrlə uçuş nə dərəcədə təhlükəsizdir?- SON iki günün ən çox müzakirə olunan mövzusu

Siyasət
Bu gün, 11:38

Prezident İlham Əliyev Panama Prezidentini milli bayram münasibətilə təbrik edib

Cəmiyyət
Bu gün, 11:29

Azərbaycan Prezidenti İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

Cəmiyyət
Bu gün, 11:21

Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Cəmiyyət
Bu gün, 11:05

Dövlət Vergi Xidmətinin vəzifəli şəxsi həbs olunub

Cəmiyyət
Bu gün, 09:48

Nepalda iki turist helikopteri havada toqquşaraq yerə çırpılıb: bir nəfər ölüb - VİDEO

Cəmiyyət
Bu gün, 09:45

Bakının dörd rayonunda elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Cəmiyyət
Bu gün, 09:31

15 yaşlı qızı aldadıb təcavüz etdi - Video çəkib hədələdi

Cəmiyyət
Dünən, 15:57

Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib

Cəmiyyət
Dünən, 15:56

Ölümlə nəticələnən qəza törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

Cəmiyyət
Dünən, 15:52

Oktyabrda 24 aptekdə nöqsan aşkarlanıb

Cəmiyyət
Dünən, 15:51

Azərbaycandan Gürcüstana qanunsuz dizel və qəlyan tütünü keçirilməsinin qarşısı alınıb

Cəmiyyət
Dünən, 15:42

Bakıda təhsil işçiləri metro və avtobusa 1 qəpik ödəyəcəklər

Oxşar xəbərlər