Super Liqa klublarından "Beşiktaş" fövqəladə seçki qurultayına getməyi qərara alıb.
İnsanoid.com-un məlumatına əsasən, "ağ-qara"lar 29 dekabr tarixində yeni prezidentini seçəcək.
Qərara uyğun olaraq, Serdar Topraktepe seçkilərə qədər komandaya rəhbərlik edəcək.
Xatırladaq ki, Hasan Arat istefa verdikdən sonra onun yerinə Hüseyn Yücel gətirilib.