Noyabrın 30-da saat 01:00 radələrində Beyləqan rayonunun Aşağı Çəmənli kəndində 40 yaşlı vətəndaş polis əməkdaşlarına atəş açıb. Bu barədə Beyləqan rayon prokurorluğu məlumat verib.
Məlumata əsasən, Post Patrul Xidməti bölməsinin iki əməkdaşı saxlanılan şəxsdən üzərində olan qoşalülə ov tüfənginin qeydiyyatsız olduğuna görə silahı təhvil verməsini tələb ediblər. Şübhəli bilinən şəxs isə hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıb.
Polislərdən birinin sağ ayağına xəsarət yetirilib.
Faktla bağlı “hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə” maddəsi ilə cinayət işi başlanılıb.