Qanunsuz olaraq odlu silah və qumbara əldə etməkdə şübhəli bilinən Beyləqan rayon sakini saxlanılıb. Bu barədə 23 mart tarixində Report məlumat verib.
Məlumata əsasən, saxlanılan şəxsin kirayə yaşadığı ünvana baxış keçirilən zaman 1 ədəd atəşə yararlı tüfəng və 1 ədəd alışdırıcısı ilə birgə “F-1” markalı əl qumbarası aşkar edilərək götürülüb.
Faktla bağlı Beyləqan RPŞ-də cinayət işi başlanılıb və saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.