Beyləqan sakinini bıçaqlamış şəxs yanvarın 5-də saxlanılıb. Bu haqda Daxili İşlər Nazirliyi məlumat paylaşıb.
Daha öncə, 2021-ci ilin 25 noyabr tarixində əvvəllər məhkum olunmuş Cəlilabad rayon sakini Beyləqan rayon sakininə bıçaqla xəsarət yetirib və telefonunu oğurlayıb.
Faktla bağlı “xuliqanlıq” maddəsi ilə cinayət işi başlanılıb.