Beyləqan rayonunda cari mövsümdə indiyədək 24 800 ton pambıq tədarük edilib. Bu barədə Beyləqan Rayon İcra Hakimiyyətinə istinadən 6 yanvar tarixində Azərtac məlumat verib.
Məlumata əsasən, rayonda 8 629,5 hektar sahədə pambıq becərilib. Hazırda məhsul yığımı yekunlaşmaq üzrədir.
Qeyd edək ki, 2020-ci ildə Beyləqan rayonunda 8 743,7 hektar sahədə pambıq əkilib, 31 049,4 ton məhsul istehsal edilib.