Beyləqanda 82 yaşlı kişi 81 yaşlı həyat yoldaşını çəliklə döyüb. Bu barədə 8 aprel tarixində Report məlumat verib.
Məlumata əsasən, aprelin 7-si 1940-cı il təvəllüdlü Beyləqan rayon sakini 1941-ci il təvəllüdlü qadını ağacdan hazırlanmış çəliklə döyüb. Nəticədə sonuncu başından və bədəninin müxtəlif nahiyələrindən çoxsaylı xəsarətlər alıb.
Faktla bağlı Cinayət Məcəlləsinin “qəsdən adam öldürməyə cəhd” maddəsilə cinayət işi başlanılıb.