Beyləqanda evdə yanğın baş verib. Bu barədə 9 avqust tarixində Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə rayonun Bahar qəsəbəsində qeydə alınıb. Ümumi sahəsi 56 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.
Hadisə zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın söndürülüb.