Beyləqanda oğurluq edən ər-arvad saxlanılıb. Bu barədə aprelin 18-də Daxili İşlər Nazirliyindən APA-ya məlumat verilib.
Belə ki, rayon ərazisindəki evlərin birindən 8 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Keçirilən əməliyyat zamanı məlum olub ki, bu, evli olan Mil qəsəbə sakinlərinin əməlidir.
Faktla bağlı araşdırma aparılır.