Oktyabrın 8-də gecə saat 03:40 radələrində üç nəfər neft quyusundan oğurluğa cəhd edib. Onlar “Bibiheybətneft” Neft və Qazçıxarma mədən ərazisində yerləşən neft quyusunun elektrik naqillərini oğurlamağa çalışıb.
Oğruların ikisi qaçsa da, Astara rayon sakini mühafizəçilər tərəfindən yaxalanıb və polisə təhvil verilib.
Onların mədən ərazisində qanunsuz tikilən evlərdə yaşadığı bildirilir. Qeyd edək ki, dəfələrlə “Bibiheybətneft” mədən ərazilərində torpaq sahələrini zəbt etməklə qanunsuz tikilən evlərin neft hasilatı prosesinə ciddi maneələr yaratdığı bildirilmişdi.