Uşaqların məktəbə qəbul limiti 8 yaşdır. Bu barədə aprelin 14-də Təhsil Nazirliyinin rəsmisi Vəfa Yaqublu məlumat verib.
Onun sözlərinə əsasən, məktəbə qəbul üçün 6 yaşın tez olmasını düşünənlər gecikə bilərlər.
“Kütləvi 1-ci sinfə qəbul 6-7, maksimum 8 yaşdır. Hətta 8 yaş 1 aylıq olanda belə uşaq fərdi sinfə qəbul ediləcək, bu zaman isə kütləvi sinifdəki təhsildən keyfiyyəti aşağı olacaq”, - deyə V.Yaqublu vurğulayıb.