2022-2023-ci tədris ili üzrə məktəblərin birinci siniflərinə şagird qəbuluna may ayında başlanılacaq. Bu barədə martın 10-da Təhsil Nazirliyi məlumat yayıb.
Qəbul prosesi elektron portal vasitəsilə aparılacaq. Bildirilib ki, başlanılma tarixi barədə məlumat vətəndaşlara əvvəlcədən veriləcək.
Qeyd edək ki, bundan əvvəl Təhsil Nazirliyinin təqvimində şagird qəbulunun aprelin 1-dən sentyabrın 14-nə qədər aparılacağı qeyd edilmişdir.