Dövlət İmtahan Mərkəzi 16-17 apreldə 9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirəcək. İmtahanlar saat 11:00-da başlanır.
Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 192 imtahan binası, 3 400 imtahan zalı ayrılıb.
Aprelin 16-da keçiriləcək imtahanda 23 107, aprelin 17-də keçiriləcək imtahanlarda isə 21 749 nəfər olmaqla ümumilikdə 44 856 şagirdin iştirakı nəzərdə tutulur.