Dekabrın 1-dən 10-dək işğaldan azad olunmuş ərazilərdə 342 ədəd piyada və tank əleyhinə mina aşkarlanaraq zərərsizləşdirilib. Bu barədə dekabrın 10-da Müdafiə Nazirliyi məlumat verib.
Məlumata əsasən, 96,7 hektar ərazi təmizlənib.
Bugünədək azad olunmuş ərazilərdə ümumilikdə 17 202 mina və partlamamış döyüş sursatı aşkarlanıb, 13 273 hektar ərazi minalardan təmizlənib və 628 kilometrlik yol çəkilib.