Bu gün, martın 28-də Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə Avropa çempionatına start veriləcək.
Yarışın ilk günündə sərbəst güləş üzrə yığmamızın 5 təmsilçisi yarışlara başlayacaq. Bunlar Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Zirəddin Bayramov (70 kq), Əşrəf Aşırov (79 kq) və Məhəmmədxan Məhəmmədov (97 kq) olacaq.
Qeyd edək ki, yarışlar aprelin 3-dək davam edəcək. Qitə çempionatında ölkəmizi 23 idmançı təmsil edəcək.