Bu gün, martın 26-da saat 20:30-dan 21:30-a qədər Qız Qalasının işıqları söndürüləcək. Bu addım “Yer saatı” ekoloji aksiyasına dəstək vermək üçün atılır. Bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.
Sözügedən aksiya dünyada hər il mart ayının son şənbə günü Ümumdünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə keçirilir. Məqsəd iqlim dəyişikliyinə və ekoloji fəsadlara diqqət çəkməkdir.
Ölkəmiz “Yer saatı” kampaniyasına 2011-ci ildə qoşulub.