Bu gün, yanvarın 12-dən şagirdlərin elektron yerdəyişməsi portalı vasitəsilə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılır.
Səbəb məktəblərdə siniflərin II yarımil üçün komplektləşdirilməsidir. Portalın fevral ayının ikinci yarısında yenidən fəaliyyət göstərməsi nəzərdə tutulur.
Qeyd edək ki, buraxılış imtahanlarına görə XI sinif şagirdlərinin yerdəyişməsi tədris ilinin sonunadək aktiv edilməyəcək.