Bu gün, fevralın 1-dən 2022/2023-cü tədris ilinə magistraturaya qəbul üçün qeydiyyat başlayır. Bu haqda məlumat Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi portalında verilib.
Abituriyentlər fevralın 10-dək DİM-in səhifəsində “Bakalavrın elektron ərizəsi” formasını doldurub təsdiq etməlidirlər.
Məntiqi təfəkkürü, informatika və xarici dillər üzrə bilikləri yoxlayan test tapşırığı nümunələri “Magistr” jurnalının 2-ci sayında dərc edilib.