Bu gündən Təhsil Nazirliyi rəsmi feysbuk səhifəsində canlı brifinqlər keçirəcək. Bu haqda aprelın 5-də Nazirlik məlumat yayıb.
"Təhsil masası" adlı brifinqlər iki həftə davam edəcək. Yayım bu gün saat 10:00-da başlayacaq.
“Təhsil masası”nın budəfəki mövzusu 2022-2023-cü tədris ili üçün “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısı ilə bağlıdır.