Regional təhsil idarələri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı növbəyaratma prosesinə 1 avqust saat 11:00-da başlanılıb. Bu barədə 1 avqust tarixində Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Proses sentyabrın 1-dək www.bq.edu.az saytı üzərindən aparılacaq.
Məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən 1 uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum 5 gündən sonra həyata keçiriləcək. Növbə sorğuya çevrildikdən sonra valideyn (və ya qanuni nümayəndə) 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir, əks-təqdirdə sorğu silinəcək və növbəli şəkildə digər uşağın qəbulu aparılacaq.
Ötən tədris ilində yaradılmış növbə və sorğular bu il üçün keçərli deyil.