2021-ci ilin ilk 9 ayı ərzində aqrar sığorta üzrə 4 milyon manata yaxın sığorta haqqı toplanılıb. Bu barədə 11 oktyabr tarixində Kənd Təsərrüfatı Nazirliyi rel="nofollow">məlumat verib.
Toplanan sığorta haqlarının 84%-i heyvandarlıq sektorunu, 16%-i isə əkin sahələrini əhatə edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə heyvandarlıq sığortası üzrə toplanan sığorta haqları 195%, bitkiçilik sığortası üzrə isə 93 dəfə artıb.
Bügünədək imzalanmış müqavilələr üzrə Aqrar Sığorta Fondu təqribən 74,5 milyon manatlıq risk qəbul edib.