Bu ilin yanvar - mart ayları ərzində narkotiklə bağlı ümumilikdə 2 795 cinayət faktı aşkarlanıb. Bu haqda aprelin 19-da Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası məlumat yayıb.
Onlardan 1 010-u qanunsuz satış, 1 748-i narkotiklərin saxlanılması, 16-sı narkotik bitkilərin kultivasiya edilməsi, 21-i isə digər cinayətlərlə bağlı olub.
Həmin müddət ərzində 1 ton 880 kiloqram narkotik və psixotrop maddələr müsadirə olunub. Onların ümumi dəyəri 69 milyon 778 min AZN kimi qiymətləndirilir.
Bununla yanaşı, ölkəyə qaçaqmalçılıq yolu ilə narkotiklərin gətirilməsi ilə əlaqədar 55 fakt aşkar edilib. Nəticədə ümumi çəkisi 765 kiloqramdan çox müxtəlif növ narkotik vasitələr, 22,4 kiloqram psixotrop maddələr dövriyyədən çıxarılıb.