Bu ilin ötən dövründə 90 uşaq övladlığa verilib, onlardan 45 nəfəri oğlan, 45 nəfəri isə qızdır. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verib.
Qeyd olunub ki, reinteqrasiya tədbirləri nəticəsində bu il dövlət uşaq müəssisələrindən 103 uşaq öz ailəsinə qaytarılıb. Həmin uşaqlardan 54-ü oğlan, 49-u qızdır.
Qeyd olunub ki, uşaqların övladlığa verildiyi ailələrdə vəziyyətlərinin öyrənilməsi üçün onlar 18 yaşına çatanadək övladlığagötürmənin birinci ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə olmaqla monitorinqlər aparılır.