Azad olunan ərazilərdə 2022-ci ilin əvvəlindən bu günədək 955 hektardan artıq ərazi tam təmizlənib, 233 ədəd mina və partlamamış döyüş sursatı aşkar olunaraq məhv edilib. Bu barədə martın 10-da Müdafiə Nazirliyindən məlumat verilib.
Ümumilikdə işğaldan azad olunan ərazilərdə 14 448 hektardan artıq ərazi tam təmizlənib, 6 092 ədəd piyada əleyhinə, 2 159 ədəd tank əleyhinə və 9 237 ədəd müxtəlif növdə partlamamış hərbi sursat aşkarlanaraq məhv edilib.
Minatəmizləmə işlərində əsas səylər yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.